"Azərenerji" “Mingəçevir” SES-in təhlükəsizliyini gücləndirir

"Azərenerji" “Mingəçevir” SES-in təhlükəsizliyini gücləndirir ​“Mingəçevir” SES-in etibarlığı və təhlükəsizliyi gücləndirilir
Energetika
16 Mart , 2020 11:21
Azərenerji “Mingəçevir” SES-in təhlükəsizliyini gücləndirir

“Azərenerji” ASC ölkənin ən böyük su elektrik stansiyası olan “Mingəçevir” Su Elektrik Stansiyasında təmir-bərpa işləri həyata keçirir. 

Bu barədə “Report”a qurumun ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.

T.Abdullayevin sözlərinə görə. 6 hidroaqreqatdan ibarət “Mingəçevir” Su Elektrik Stansiyasında aparılan işlər nəticəsində dayanıqlıq, etibarlıq və təhlükəsizlik artırılır: “Ən əsası isə tezliyin avtomatik tənzimlənməsi istiqamətində böyük layihə gerçəkləşir. Qeyd edək ki, 2018-ci ilin yayında baş verən qəza və nəticədə enerjisistemin çökməsinin bir daha təkrarlanmamasına görə əks-qəza avtomatikasının, o cümlədən rele-mühafizəsinin yenilənməsi ilə yanaşı, tənzimatın avtomatik aparılması üçün bir çox ölkələrin müasir texnologiyaya əsaslanan avadanlıqları alınaraq işə qoşulur.

Bu günə qədər 6 hidroaqreqatdan ibarət stansiyanın 4 hidroaqreqatında təmir işləri başa çatdırılıb, tənzimləmə, idarəetmə sistemləri dəyişdirilib, təsirlənmə və yeni generatorun mühafizə qurğuları işə qoşulub.

Hazırda 1 hidroaqreqatda disk bağlayıcısının dəyişdirilməsi prosesi gedir və işlər yekunlaşandan sonra axırıncı aqreqatda da təmir prosesinə başlanacaq və bununla da ötən əsrin 50-ci illərindən istismar edilən 6 hidroaqreqatın hamısında təmir işləri başa çatacaq”.

Son xəbərlər

Orphus sistemi