Milli neft şirkətləri 10 ildə 400 milyard dollar itirə bilər- HESABAT

Milli neft şirkətləri 10 ildə 400 milyard dollar itirə bilər- HESABAT Bu barədə Təbii Resurslar İdarəetmə İnstitutunun (NRGI) hesabatında bildirilib
Energetika
9 Fevral , 2021 20:24
Milli neft şirkətləri 10 ildə 400 milyard dollar itirə bilər- HESABAT

“Milli neft şirkətləri (NOCs) gələcək 10 ildə bahalı neft və qaz layihələrinə ümumilikdə 400 milyard ABŞ dolları yatırmaqla uğursuzluğa duçar olmaq riski var, dünya Paris iqlim məqsədlərinə çatmasa belə”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Təbii Resurslar İdarəetmə İnstitutunun (NRGI) hesabatında bildirilib.

Qurum, gələcək 10 ildə “NOCs”ların sektora 1,9 trilyon ABŞ dolları investisiya yatıracağını təxmin edir. Amma neftin 1 bareli üçün orta qiyməti 40 ABŞ dollarından aşağı olsa, bu investisiyaların beşdə biri davam etdirilə bilməyəcəyini vurğulayıb.

BP, “Total” və “Royal Dutch Shell” kimi iri neft şirkətləri uzunmüddətli neft qiymətləri təxminlərini tədricən aşağı salaraq, 50-60 ABŞ dolları/barel aralığında müəyyən ediblər, ancaq bəzi analitiklər enerji keçid ssenarisindən asılı olaraq daha da aşağı səviyyələr proqnozlaşdırırlar.

Səhiyyə, təhsil və ya iqtisadiyyatın şaxələndirilməsinə xərclənəcək fondlar iqtisadi böhran yarada biləcəyindən, bərabərsizlik daha da arta bilər. Bu, “NOCs”ların çoxunun, 280 milyon insanın yoxsulluq həddində yaşadığı ölkələrdədir. Bunun Səudiyyə Ərəbistanı kimi Yaxın Şərqdəki istehsalçılara daha az təsir göstərəcəyi, ancaq Afrika və Latın Amerikası ölkələrində daha çox problem yaşanacaqları bildirilib.

Son xəbərlər

Orphus sistemi