Metyu Brayza: “Heydər Əliyevin neft-qaz strategiyası müstəqilliyi möhkəmləndirdi”

Metyu Brayza: “Heydər Əliyevin neft-qaz strategiyası müstəqilliyi möhkəmləndirdi” Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə təsir göstərən amillərdən biri Heydər Əliyevin sayəsində ölkənin neft-qaz sektorundak; sürətli dirçəlişdir.
Energetika
27 Noyabr , 2023 13:08
Metyu Brayza: “Heydər Əliyevin neft-qaz strategiyası müstəqilliyi möhkəmləndirdi”

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə təsir göstərən amillərdən biri Heydər Əliyevin sayəsində ölkənin neft-qaz sektorundakı sürətli dirçəlişdir.

Bunu “Report”a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza bildirib.

Onun sözlərinə görə, söhbət neft-qaz strategiyası hesabına iqtisadiyyatın transformasiyası və həyat səviyyəsinin yüksəldilməsi üçün vəsait cəlb olunmasından gedir.

“Ümummilli Liderin hakimiyyətə gəldiyi dövr çox mürəkkəb idi. İlk olaraq qeyd etmək lazımdır ki, I Qarabağ müharibəsi davam edirdi. Bundan başqa, sovet rejiminin yaratdığı sistemin dağılması ilə neft-qaz sektorunda da tənəzzül müşahidə olunurdu. Hər lider belə şəraitdə özünü sübut edə bilmir. Lakin H.Əliyev regionda az sayda liderin düşünə biləcəyi kimi düşündü - əgər ölkənin iqtisadi qüdrətini bərpa etmək istəyirsinizsə, o zaman xarici investisiya, həmin dövr üçün daha dəqiq desək risk tolerantlığı yüksək olan şirkətləri cəlb etmək lazım idi”, - deyə beynəlxalq ekspert qeyd edib.

Onun sözlərinə görə, Ulu Öndər ona Türkiyə, Rusiya, ABŞ, İran və Böyük Britaniyadan şirkətlər dəvət etməyə imkan verən strategiya formalaşdırdı, ondan istifadə edərək Azərbaycanın bütün bu ölkələrlə yaxşı münasibətlər quracağı balanslaşdırılmış dövlət siyasəti yeritdi.

“Ümummilli Liderin diqqət yetirdiyi 2-ci vacib məqam isə neft-qazın ixracını həyata keçirmək üçün xarici şirkətlərin investisiya qoyduğu boru kəmərlərinin yaradılması idi. Bütün bunlar güclü strateji baxış və cəsarət tələb edirdi. H.Əliyev Azərbaycanın neft-qaz ehtiyatlarını özəlləşdirmək istəyən bir çox dövlətə qarşı çıxdı və heç kimin gözləmədiyi bir addım atdı. O, neft-qaz yataqlarının işlənməsində maraqlı olan ölkələrdən dəstək istədi, bu sərvətlərdən ölkəsinin müstəqilliyi və birləşməsi naminə istifadə etdi. Düşünürəm ki, bu, hər bir azərbaycanlının fəxr etməli olduğu irsdir”, - deyə Metyu Brayza əlavə edib.

Son xəbərlər

Orphus sistemi