​Metyu Brayza: ""Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması üçün bütün razılıqlar alınıb"

​Metyu Brayza: ""Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması üçün bütün razılıqlar alınıb" "Gazprom" satdığı qazın qiymətini azalda bilər və buna onun imkanı da çatır
Energetika
12 Oktyabr , 2015 13:08
​Metyu Brayza: Cənub Qaz Dəhlizi layihəsinin reallaşması üçün bütün razılıqlar alınıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması üçün bütün razılıqlar alınıb və bütün qazın alınması üçün anlaşma var. "Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza (Matthew Bryza) www.naturalgaseurope.com saytına verdiyi müsahibədə deyib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsindəki payını "Goldman Sachs"a satmasına toxunan keçmiş səfir, azalan neft qiymətləri fonunda SOCAR-ın bu addımı atmasının anlaşılan olduğunu qeyd edib.

"Bu kiməsə SOCAR-ın maliyyə baxımından güclü olmadığı anlamına gələ bilər. Amma mən bu fikirləri doğru saymıram. Məsələyə başqa mövqedən baxmaq lazımdır, belə ki, layihə "Goldman Sachs"a çox cəlbedici görünüb və onun bir hissəsini almaq istəyib və razılıq əldə edilib. Sonuncu dəfə dekabrda prezident Vladimir Putin "Cənub Qaz Dəhlizi"nin qarşısını almaq istədi. Mən Türkiyədə yaşadığım uzun illər ərzində gördüm ki, türklər çox ağıllı adamlardı və onlar Türkiyənin bir enerji habı (hub) olması üçün çalışırlar. Türkiyənin Rusiya ilə yaxşı enerji münasibətləri var, amma bu heç də Rusiyadan asılılıq demək deyil. Hesab edirəm ki, "Gazprom" satdığı qazın qiymətini azalda bilər və buna onun imkanı da çatır", - deyə M. Brayza əlavə edib.

Son xəbərlər

Orphus sistemi