Meksikada yanacağın bahalaşmasına görə keçirilən etirazlar kəskinləşib

Meksikada yanacağın bahalaşmasına görə keçirilən etirazlar kəskinləşib Aksiya zamanı 600 nəfər həbs edilib, 1 polis öldürülüb
Energetika
6 Yanvar , 2017 16:50
Meksikada yanacağın bahalaşmasına görə keçirilən etirazlar kəskinləşib

Bakı. 6 yanvar. REPORT.AZ/ Meksikada yanacağın qiymətinin 20%-dək qalxması ilə başlayan etirazlar daha da artıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, etiraz aksiyalarında iştirak edənlərdən 600 nəfər həbs edilib, bir polis öldürülüb, təxminən 300 mağaza talan edilib.

Məlumata görə, etirazçılar yolları, limanları və terminalları mühasirəyə aldıqlarından əsas məhsulların və yanacağın nəqli təhlükə altındadır, küçələrdə xaos yaranıb, talançılıq halları artıb.

Hökumətin köklü enerji islahatları çərçivəsində apardığı liberallaşdırma nəticəsində yanacağın qiyməti 20%-dək artıb. Yeni ilin ilk günü 1 qallon yanacağın qiyməti 14% artaraq 2,60 dollardan 2,95 dollara yüksəlib, "Premium" markalı yanacaq isə 20% bahalaşıb. Bu bahalaşma isə enerji sektorundakı islahatlar ilə yanacağın qiymətinin ucuzlaşacağını vəd edən Meksika Prezidenti Enrike Penya Nyeto üçün kritik vəziyyət yaradır. Prezident etirazçıları aksiyanı dayandırmağa çağırır, lakin onları yanacağın liberallaşmasına alternativ variantın iqtisadiyyat üçün daha ağrılı ola biləcəyinə inandıra bilmir. Hökumət bildirir ki, mart ayına qədər bazarın yanacaq qiymətlərinə diktə etməsinə icazə veriləcək.

Ölkənin dövlət şirkəti “Pemex” xəbərdarlıq edib ki, blokadalar yanacağın paylanmasına təsir edib və ölkənin şimal ştatları, eyni zamanda mərkəzi ştatında vəziyyət kritik həddə çatıb.

Son xəbərlər

Orphus sistemi