Bakı. 23 dekabr. REPORT.AZ/ Meksikanın cənub-şərqində yerləşən Tabasko ştatının Kardenas şəhərində "Pemex" (Petroleos Mexicanos) dövlət şirkətinə məxsus neft kəmərində partlayış baş verib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, partlayışda ən azı 30 nəfərin yaralandığı bildirilir. Onlar ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri alıblar.
Məlumata görə, yaralılar boru kəmərindən neft oğurlamağa çalışarkən partlayış baş verib.