Meksika son 10 ildə ilk dəfə ABŞ-dan neft idxal edib

Meksika son 10 ildə ilk dəfə ABŞ-dan neft idxal edib Bakı. 2 noyabr. REPORT.AZ/ Meksikanın dövlət neft-qaz şirkəti olan Pemex son 10 il ərzində ilk dəfə ABŞ-dan neft idxal edib.
Energetika
2 Noyabr , 2018 12:06
Meksika son 10 ildə ilk dəfə ABŞ-dan neft idxal edib
0 : 00
0 : 00

Bakı. 2 noyabr. REPORT.AZ/ Meksikanın dövlət neft-qaz şirkəti olan "Pemex" son 10 il ərzində ilk dəfə ABŞ-dan neft idxal edib.

"Report" xəbər verir ki, bu barədə "El Universal" nəşri energetika sektorundakı mənbələrə istinadən yazıb.

Nəşr qeyd edir ki, 348 min barel yüngül neft tankerlə Verakrus ştatında Paxaritos terminalına gətirilib. Ümumilikdə, noyabr ayında Meksikaya azı dörd partiya yüngül neft çatdırılmalıdır.

Qeyd edək ki, daha əvvəl "Pemex"in baş direktoru Karlos Trevinyo Medina ehtiyatların azalması səbəbinə görə, ötən altı il ərzində şirkətin istehsalının 17% azaldığını və buna görə də ölkənin yüngül neftə ehtiyac duyduğunu söyləyib. 

Son xəbərlər

Orphus sistemi