Meksika səfiri energetika naziri ilə görüşüb

Meksika səfiri energetika naziri ilə görüşüb Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə Energetika naziri Pərviz Şahbazov arasında görüş keçirilib.
Energetika
5 Sentyabr , 2018 15:14
Meksika səfiri energetika naziri ilə görüşüb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə Energetika naziri Pərviz Şahbazov arasında görüş keçirilib. 

Səfirlikdən “Report”a verilən məlumata görə, görüş zamanı energetika sahəsində ikitərəfli əməkdaşlıq imkanlarına toxunulub.

Bildirilib ki, hər iki ölkə energetika islahatlarının həyata keçirilməsi prosesindədir və bununla da yaxşı təcrübə mübadiləsi apara bilər.

Səfir R.Labardini Səfirliyin həyata keçirdiyi fəaliyyət haqqında danışaraq missiyası dövründə Meksika Neft İnstitutunun ali nümayəndələrinin Bakıya yerli tərəfdaşları ilə əməkdaşlıq qurmaq, inkişaf etdirmək və dərinləşdirmək məqsədilə səfər etdiklərini qeyd edib. Bu xüsusda, Meksika Neft İnstitutunun Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onun müəssisələri, eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Ali Neft Məktəbi ilə əlaqələrinə istinad edib.

Bundan əlavə, diplomat Meksikada sektorun yenilikləri haqqında məlumat verib, bəzi statistik məlumatları təqdim edib və beynəlxalq əməkdaşlıq barədə söz açıb. Həmçinin qeyd edib ki, Meksikanın ÜDM-i 1,2 trilyon dollar, beynəlxalq ticarəti isə 866 milyard dollar təşkil edir. Nəzərə çatdırılıb ki, Meksika-Azərbaycan ikitərəfli ticarəti hər iki ölkənin müvafiq səfirliklərinin açılması ilə əhəmiyyətli dərəcədə artıb.

Nazir Pərviz Şahbazov, öz növbəsində, Meksika səfiri tərəfindən görülən işlərin əhəmiyyətli olduğunuq qeyd edib və ölkəsində energetika sahəsinin əhəmiyyətini nəzərə alaraq, ikitərəfli əməkdaşlığın gücləndirilməsi vacibliyini vurğulayıb.

Tərəflər Meksika və Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığı məhsuldar və perspektivli hesab edərək energetika sahəsinin inkişafına, həmçinin ikitərəfli münasibətlərə töhfə vermək məqsədilə əməkdaşlığın gələcəkdə də genişləndirilməsinə dair istəklərini ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi