MDB ölkələrinin baş nazirləri enerji sahəsində əməkdaşlıq konsepsiyasını təsdiq ediblər

MDB ölkələrinin baş nazirləri enerji sahəsində əməkdaşlıq konsepsiyasını təsdiq ediblər MDB ölkələrinin hökumət başçıları enerji sahəsində beşillik əməkdaşlıq və kimya sənayesinin inkişafı konsepsiyasını təsdiqləyiblər.
Energetika
24 May , 2024 17:14
MDB ölkələrinin baş nazirləri enerji sahəsində əməkdaşlıq konsepsiyasını təsdiq ediblər

MDB ölkələrinin hökumət başçıları enerji sahəsində beşillik əməkdaşlıq və kimya sənayesinin inkişafı konsepsiyasını təsdiqləyiblər.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin MDB Hökumət Başçıları Şurasının iclasının yekunları üzrə deyib.

Onun sözlərinə görə, bu konsepsiya və digər sənaye sənədləri ilə iri enerji sistemlərinin idarə olunması üçün ən müasir metodların və modellərin fəal şəkildə tətbiqi nəzərdə tutulur və bu da ətraf mühitə mənfi təsirin azalmasına gətirib çıxaracaq.

“Bir sıra qərarlar kimya sənayesinə aiddir. Onun həyata keçirilməsi ilə bağlı müvafiq konsepsiya və tədbirlər planı imzalanıb”, - M.Mişustin qeyd edib.

O bildirib ki, iqtisadi artım üçün ixrac-xammal modelindən innovasiya-investisiya modelinə keçmək lazımdır.

Son xəbərlər

Orphus sistemi