“McKinsey&Company” “Azərenerji”nin məsləhətçisi olub

“McKinsey&Company” “Azərenerji”nin məsləhətçisi olub “Azərenerji” ASC modernləşdirmə istiqamətində xüsusi addım ataraq dünyanın aparıcı 10 konsaltinq şirkətlərindən biri hesab olunan “McKinsey&Company” ilə məsləhətçi xidmətlərin göstərilməsi üçün 3 illik müqavilə imzalayıb.
Energetika
24 May , 2019 17:09
“McKinsey&Company” “Azərenerji”nin məsləhətçisi olub

Azərenerji” ASC modernləşdirmə istiqamətində xüsusi addım ataraq dünyanın aparıcı 10 konsaltinq şirkətlərindən biri hesab olunan “McKinsey&Company” ilə məsləhətçi xidmətlərin göstərilməsi üçün 3 illik müqavilə imzalayıb. 

Bu barədə “Report”a qurumun Mətbuat mərkəzinin rəhbəri Teymur Abdullayev məlumat verib. 

Müqaviləyə əsasən, “McKinsey&Company”  modernləşdirmə işləri, yeni generasiya güclərinin yaradılması, elektrik stansiyalarının tikilməsi, enerjisitemin idarəetməsi, idxal-ixrac məsələləri, Strateji Yol Xəritəsinə uyğun olaraq “Azərenerji”nin hədəflərinə çatmaq və digər məsələlərdə məsləhətçi funksiyasını həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi