Mayk Pompeo: “ABŞ TAP-ın yunan hissəsinin tamamlanmasını alqışlayır”

Mayk Pompeo: “ABŞ TAP-ın yunan hissəsinin tamamlanmasını alqışlayır” İki ölkə keçiriləcək Strateji Dialoqda Yunanıstan-Bolqarıstan əlaqələri, Alexandroupolis limanında sıxılmış maye qazının təbii qaza keçirilməsi ilə bağlı inşa edilən anbar layihəsinin müzakirə edicəklər.
Energetika
29 Sentyabr , 2020 12:04
Mayk Pompeo: “ABŞ TAP-ın yunan hissəsinin tamamlanmasını alqışlayır”
Mayk Pompeo
0 : 00
0 : 00

ABŞ və Yunanıstan Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunan hissəsinin tamamlanmasını alqışlayır.

“Report”un “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo Yunanistanın xarici işlər naziri Nikos Dendias ilə görüşündə bildirib.

Onun sözlərinə görə, iki ölkə qarşıda keçirilməsi gözlənilən Strateji Dialoqda Yunanıstan-Bolqarıstan əlaqələri, Alexandroupolis limanında sıxılmış maye qazının təbii qaza keçirilməsi ilə bağlı inşa edilən anbar layihəsinin müzakirə ediləcəyinə ümid edirlər.

Həmçinin, M. Pompeo ikitərəfli münasibətlərin və bir sıra sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək üçün qarşılıqlı istəklərin olduğunu qeyd edib.

O qeyd edib ki, ABŞ Yunanıstanın Balkan yarımadasında enerji mərkəzi olmağı və Avropanın enerji mənbələrinin şaxələndirməsini təmin etməyi hədəfləyən Yunanıstanla enerji əlaqələrini gücləndirməyi ümid edir: “Rəsmi Afina ABŞ-dan artıq böyük həcmlərdə mayeləşdirilmiş təbii qaz (LNG) idxal edir. Alexandroupolis limanında 2023-cü ilin əvvəlinə qədər Yunanıstan-Bolqarıstan İnterconnector (IGB) boru kəməri ilə Bolqarıstana, oradan isə Mərkəzi Avropaya nəql edilməsi üçün nəzərdə tutulan LNG qazının yenidəbn təbii qaza çevirən saxlama anbarının və üzən qurğunun yaradılması üzrə işlər davam etdirilir.

Həmçinin, M.Pompeo vurğulayıb ki, ABŞ, Yunanıstanın şimalındakı Alexandroupolis və Kavala limanlarını da özəlləşdirməyə maraq göstərib.

Xatırladaq ki, IGB Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 faizini ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir. Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Boru kəmərinin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub. Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq. 2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.

Son xəbərlər

Orphus sistemi