Mayda STAR neft emalı zavodu xam neft idxalını 14 % azaldıb

Mayda STAR neft emalı zavodu xam neft idxalını 14 % azaldıb Bu ilin may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu 679 647 ton xam neft idxal edib.
Energetika
2 Avqust , 2021 15:13
Mayda STAR neft emalı zavodu xam neft idxalını 14 % azaldıb

Bu ilin may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu 679 647 ton xam neft idxal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Məlumata görə, bu, ötən ilin may ayı ilə müqayisədə 112 461 ton və ya 14,2 % azdır, Türkiyəyə idxal edilən xam neftin 20,05 %-i deməkdir.

STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavod ildə 10 mln ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Orphus sistemi