Mayda SOCAR Ukraynaya LPG idxalını 14 %-dən çox artırıb

Mayda SOCAR Ukraynaya LPG idxalını 14 %-dən çox artırıb “SOCAR Energy Ukraine” bu ilin may ayının 23 günü ərzində bu ölkəyə 2,89 min ton mayeləşdirilmiş neft qazı idxal edib
Energetika
25 May , 2021 11:06
Mayda SOCAR Ukraynaya LPG idxalını 14 %-dən çox artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” bu ilin may ayının 23 günü ərzində bu ölkəyə 2,89 min ton mayeləşdirilmiş neft qazı (LPG) idxal edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” konsaltinq qrupunun hesabatında deyilir.

Məlumata görə, bu, aprel ayının göstəriciləri ilə müqayisədə 0,36 min ton və ya 14,2 % çoxdur.

Xatırladaq ki, bu ilin aprel ayında “SOCAR Energy Ukraine” şirkəti ölkəyə 2,53 min ton LPG idxal edib.

Ümumilikdə, may ayının 23 günü ərzində Ukraynaya 88,9 min ton LPG tədarük edilib ki, bu da aprel ayının göstəriciləri ilə müqayisədə 2,58 min və ya 2,82 % ton azdır.

Bu müddət ərzində Rusiyadan Ukraynaya LPG idxalı 39 % azalaraq 20 min ton təşkil edib. Bu dövr ərzində Qzaxıstandan Ukraynaya LPG idxalı eyni səviyyədə qalıb və mayın 23 gün ərzində ölkəyə 35 min ton mayeləşdirilmiş neft qazı idxal edilib.

Bu ayın ötən dövrü ərzində Ukraynaya Belarusdan tədarük 29 % artıb. Xüsusilə də Belarusun dövlət şirkəti olan “Belorusneft” Ukraynaya LPG tədarükünü 3 dəfə artıraraq may ayında 9,5 min ton həcmə çatdırıb.

Son xəbərlər

Orphus sistemi