Mayda SOCAR Ukraynaya Litvadan 3,8 min ton avtomobil benzini idxal edib

Mayda SOCAR Ukraynaya Litvadan 3,8 min ton avtomobil benzini idxal edib Azərbaycan şirkətinin Ukraynaya idxal etdiyi avtomobil benzinin bütün həcmləri Litvadan gətirilib
Energetika
3 İyun , 2021 15:05
Mayda SOCAR Ukraynaya Litvadan 3,8 min ton avtomobil benzini idxal edib

Bu ilin may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 3,8 min ton avtomobil benzini idxal edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” konsaltinq qrupunun hesabatında deyilir.

Bildirilir ki, Azərbaycan şirkətinin Ukraynaya idxal etdiyi avtomobil benzinin bütün həcmləri Litvadan gətirilib.

Ümumilikdə bu ilin may ayında Ukrayna bazarına 114,7 min ton avtomobil benzini idxal edilib. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 29 min ton və ya 34 % çoxdur.

Belə ki, may ayında Ukraynaya idxal edilən avtomobil yanacağının 86,7 min ton həcmi Belarusdan tədarük edilib. Bu da 2020-ci ilin may ayının göstəriciləri ilə müqayisədə 28,2 % çoxdur. Ötən ay Litvadan Ukraynaya 27,7 min ton avtomobil yanacağı idxal edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 58 % çoxdur.

Bu ilin yanvar-may aylarında isə Ukraynaya xarici ölkələrdən ümumilikdə 476,7 min ton avtomobil benzini idxal edilib ki, bu da 2020-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 29 % çoxdur.

Son xəbərlər

Orphus sistemi