"Mavi axın" kəməri ilə qaz nəqli müvəqqəti dayandırılacaq

"Mavi axın" kəməri ilə qaz nəqli müvəqqəti dayandırılacaq Bakı. 11 may. REPORT.AZ/ Rusiyanın Gazprom şirkəti Mavi axın qaz kəməri ilə Türkiyəyə təbii qazın nəqlini bir həftə dayandıracaq.
Energetika
11 May , 2018 13:29
Mavi axın kəməri ilə qaz nəqli müvəqqəti dayandırılacaq
Reuters
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Rusiyanın "Gazprom" şirkəti "Mavi axın" qaz kəməri ilə Türkiyəyə təbii qazın nəqlini bir həftə dayandıracaq.

"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, 14-27 may tarixlərində "Gazprom" irimiqyaslı təmir işləri aparacaq.

Mayın 15-dən 23-ə qədər isə dəniz magistralı ilə qaz nəqli tamamilə dayandırılacaq.

Xatırladaq ki, Qara dənizin dibi ilə çəkilən və uzunluğu 1 213 km olan qaz kəməri 2003-cü ildə istismara verilib və ötən il Rusiya Türkiyəyə 15,8 mlrd. kubmetr həcmində təbii qaz nəql edib.

Son xəbərlər

Orphus sistemi