“Masdar” və GEDF arasında Gürcüstanda GES-in inşasına dair müqavilə imzalanıb

“Masdar” və GEDF arasında Gürcüstanda GES-in inşasına dair müqavilə imzalanıb “Masdar” (BƏƏ) və Gürcüstanın Enerji İnkişafı Fondu (GEDF) Gürcüstanda ən böyük günəş elektrik stansiyasının (GES) inşası layihəsi çərçivəsində birgə iştirak müqaviləsi imzalayıb.
Energetika
29 Aprel , 2024 16:17
“Masdar” və GEDF arasında Gürcüstanda GES-in inşasına dair müqavilə imzalanıb

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti və Gürcüstanın Enerji İnkişafı Fondu (GEDF) arasında Gürcüstanda ən böyük günəş elektrik stansiyasının (GES) inşası layihəsi çərçivəsində birgə iştirak müqaviləsi imzalanıb.

“Report” xəbər verir ki, bu barədə “Masdar” sosial şəbəkədəki hesabında məlumat yayıb.

“Masdar” və GEDF Gürcüstanda ən böyük günəş enerjisi layihəsini həyata keçirmək üçün əməkdaşlıqda irəliləyiş əldə edib. Tərəflər aprelin 16-18-də keçirilmiş Ümumdünya Gələcəyin Enerjisi Sammiti çərçivəsində gücü 100 MVt-a qədər olan günəş fotoelektrik stansiyasının tikintisi üzrə birgə iştirak müqaviləsi imzalayıblar”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, xüsusi iş mexanizmi yaratmaqla müqavilə tərəfləri layihənin hazırlanması, layihələndirmə işlərinin həyata keçirilməsi, maliyyələşdirmə, satınalma, stansiyanın inşası, istismarı və texniki xidməti üzrə öhdəliklər götürəcəklər.

Son xəbərlər

Orphus sistemi