​Masallının Sirəbil kəndinə ilk dəfə qaz verilib

​Masallının Sirəbil kəndinə ilk dəfə qaz verilib Kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 8,9 km qaz xətləri çəkilib
Energetika
23 İyun , 2016 15:47
​Masallının Sirəbil kəndinə ilk dəfə qaz verilib

Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün Masallı rayonunun Sirəbil kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. 

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə rayon İcra Hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 144 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 8 922 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi