Masallının iki kəndinə ilk dəfə təbii qaz verilib

Masallının iki kəndinə ilk dəfə təbii qaz verilib Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Masallı rayonunun Tatyanoba və Güllütəpə kəndlərinə ilk dəfə təbii qaz verilib.
Energetika
21 Noyabr , 2018 15:05
Masallının iki kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Masallı rayonunun Tatyanoba və Güllütəpə kəndlərinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın ''Azəriqaz'' İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirlərdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə, 784 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 5 804 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 37 072 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Son xəbərlər

Orphus sistemi