Mart ayında “Azneft” üzrə 57 quyu əsaslı təmirdən sonra istismara verilib

Mart ayında “Azneft” üzrə 57 quyu əsaslı təmirdən sonra istismara verilib Həmin quyulardan ümumilikdə 21,4 min ton neft, 15 mln. kubmetrdən artıq qaz hasil edilib
Energetika
14 Aprel , 2017 16:55
Mart ayında “Azneft” üzrə 57 quyu əsaslı təmirdən sonra istismara verilib

Bakı. 14 aprel. REPORT.AZ/ Cari ilin mart ayında “Azneft” İstehsalat Birliyi üzrə quyularda 90 əsaslı və 1 567 cari təmir işi aparılıb.

“Report” SOCAR-a istinadən xəbər verir ki, proqnozlara müvafiq olaraq 103,4% və 106,8% əməl olunub, 57 quyu istismara daxil edilib. Həmin quyulardan ümumilikdə 21 433,4 ton neft, 15 mln. kubmetrdən artıq qaz hasil edilib.

Ötən ay “28 May” NQÇİ üzrə 6 quyu əsaslı təmir edilərək istismara verilib, əlavə olaraq 12 892 ton neft, 11,191 milyon kubmetr qaz və 607 ton kondensat hasil edilib. “Neft Daşları” NQÇİ-də əsaslı təmir olunmuş 16 quyudan 7-si istismara qaytarılıb, onlardan 5109 ton neft hasil edilib. Ümumiyyətlə, N.Nərimanov, H.Z.Tağıyev, Ə.C.Əmirov, “Abşeronneft”, “Bibiheybətneft” Neft və Qazçıxarma İdarələri, həmçinin “Qaz Anbarlarının İstismarı” İdarəsi üzrə 45 quyu əsaslı təmir olunub, əlavə 3 432,4 ton neft çıxarılıb.