Makron Trampı İran neftinin ixracını məhdudlaşdırmamağa çağırıb

Makron Trampı İran neftinin ixracını məhdudlaşdırmamağa çağırıb Bakı. 25 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp anlamalıdır ki, İranı neft ixracından məhrum etmək, yanacaq xammalının qiymətinə mənfi təsir göstərir.
Energetika
25 Sentyabr , 2018 23:54
Makron Trampı İran neftinin ixracını məhdudlaşdırmamağa çağırıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp anlamalıdır ki, İranı neft ixracından məhrum etmək, yanacaq xammalının qiymətinə mənfi təsir göstərir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Fransa prezidenti Emmanüel Makron Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışından sonra keçirdiyi mətbuat konfransında deyib.

"Trampın neftin qiymətlərinin artması ilə bağlı fikirləri məni maraqlandırdı. Düşünürəm ki, o, düşüncəsini sonadək inkişaf etdirsə, görəcək ki, neftin qiymətinin [düşməsi] üçün İranın onu sata bilməsi yaxşı olardı", - deyə Makron bildirib.

"Bu həm dünya, həm də neft qiymətləri üçün yaxşı olardı", - deyə o əlavə edib.

Bununla yanaşı Fransa prezidenti qeyd edib ki, "neftin qiyməti məsələsində həmişə siyasət mövcud olub".

"Lakin yaxşı olardı ki, iqtisadiyyat üstünlük təşkil etsin", - deyə Makron söyləyib.

Son xəbərlər

Orphus sistemi