​Makedoniya "Türk axını" kəmərinin inşası üçün şərt qoyub

​Makedoniya "Türk axını" kəmərinin inşası üçün şərt qoyub Rusiyanın bu qaz boru kəmərinin inşasından imtina edəcəyi istisna olunmur
Energetika
28 May , 2015 13:39
​Makedoniya Türk axını kəmərinin inşası üçün şərt qoyub
Courtesy İmage

Bakı. 28 may. REPORT.AZ/ "Türk axını" layihəsinin həyata keçirilməsində problemlər yaranıb. Belə ki, dünən Makedoniya, ölkəsindən qaz xəttinin çəkilməsinin Rusiya ilə Avropa İttifaqının (Aİ) razılaşmasından sonra mümkün olacağını bildirib. "Report" xəbər verir ki, qaz xəttinin Makedoniya hissəsinin Brüsseldən asılı vəziyyətə qoymaq niyyəti barədə "Kurir" nəşrinə müsahibəsində makedoniyalı baş nazir Nikola Qruyevskiy bildirib.

Qaz kəməri Makedoniyadan məcburən keçməli olduğundan xəttin Türkiyədə bitməsi variantına baxıla bilər. Milli Energetika Təhlükəsizliyi Fondundan (METF) Aleksey Qrivaç Rusiyanın nəzəri olaraq Makedoniyasız keçinə biləcəyini bildirib. Xəttin Yunanıstandan birbaşa İtaliyanın cənubu ilə birləşdirilməsi mümkündür. Formal olaraq bu xətt Aİ-nin sanksiyalarının təsiri altına düşməsə də, icazənin alınması uzun müddət çəkəcək.

Buna baxmayaraq, Ukraynadan keçən tranzit xəttindən Rusiyanın 2020-ci ilə qədər imtina etməsi mümkündür. Qara dənizlə iki xətt inşa edərək 32 mlrd. kubmetr qaz Türkiyəyə ötürülə bilər və bunun yarısı Türkiyə, digər yarısı isə Yunanıstan və Bolqarıstana verilə bilər. Bu layihədə minimum əlavə infrastruktur tələbi irəli sürülə bilər.

Qeyd edək ki, bir qədər əvvəl Bolqarıstan öz ərazisindən "Cənub axını" layihəsinin keçməsinə etiraz etmişdi. Səbəb isə yenə də Rusiya ilə Aİ arasındakı fikir ayrılıqları olub. Nəticədə "Qazprom" şirkəti "Cənub axını" layihəsindən imtina edib.

Son xəbərlər

Orphus sistemi