Mahir Məmmədov SOCAR və Gürcüstan hökuməti arasında imzalanan sazişi şərh edib

Mahir Məmmədov SOCAR və Gürcüstan hökuməti arasında imzalanan sazişi şərh edib “SOCAR və Gürcüstan hökuməti arasında imzalanan sazişə əsasən, Azərbaycandan Gürcüstanın daxili sosial seqmenti üçün təbii qaz endirimli qiymət əsasında tədarük olunacaq”.
Energetika
17 Dekabr , 2020 20:08
Mahir Məmmədov SOCAR və Gürcüstan hökuməti arasında imzalanan sazişi şərh edib
Mahir Məmmədov

“SOCAR və Gürcüstan hökuməti arasında imzalanan sazişə əsasən, Azərbaycandan Gürcüstanın daxili sosial seqmenti üçün təbii qaz endirimli qiymət əsasında tədarük olunacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, bu, Gürcüstanda təbii qazın sosial kateqoriyaya məxsus istehlakçıları üçün daha çox rahatlıq yaratmağa imkan verəcək: “Bununla belə əhali üçün aşağı qaz qiymətlərindən dövlətin üzərinə düşən yük artmayacaq. Sabit qiymətlərə görə bu yük azalacaq”.

Xatırladaq ki, bu gün SOCAR və Gürcüstan hökuməti arasında imzalanan sazişə əsasən, qonşu ölkə Azərbaycandan 200 milyon kubmetr həcmində sosial təyinatlı (əhali üçün) qazı güzəştli tarif əsasında idxal edəcək.

Son xəbərlər

Orphus sistemi