"Lukoil" Azərbaycanda “yaşıl energetika”nın inkişafında maraqlıdır

"Lukoil" Azərbaycanda “yaşıl energetika”nın inkişafında maraqlıdır “Rusiyanın "Lukoil" şirkəti Azərbaycanda “yaşıl energetika”nın inkişafında maraqlıdır”.
Energetika
26 Yanvar , 2022 12:58
Lukoil Azərbaycanda “yaşıl energetika”nın inkişafında maraqlıdır

“Rusiyanın "Lukoil" şirkəti Azərbaycanda “yaşıl energetika”nın inkişafında maraqlıdır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Səfir şirkətin Azərbaycanda vacib razılaşmalar əldə etdiyini xatırladıb: "Belə ki, “Şahdəniz” layihəsinin səhmlərinin 9,99 %-lik hissəsini aldıqdan sonra şirkətin ümumi payı 19,99 %-ə çatıb. “Lukoil” həmçinin Abşeron yarımadasının dayazsulu hissəsində 25 %-lik paya malikdir.

Diplomat həmçinin Rusiya regionlarının Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını bildirib: "Bu ilin fevral ayında Sankt-Peterburq və Udmurtiyadan Bakıya nümayəndə heyətlərinin səfərləri planlaşdırılıb. Bundan başqa, Həştərxan regionu, Dağıstan və digər regionlar da iqtisadi əməkdaşlığın inkişafına maraq göstərir".

Son xəbərlər

Orphus sistemi