"Lukoyl Abşeron Eksploreyşn Limited" şirkətinin yerli nümayəndəliyi yaradılıb
Energetika
- 05 yanvar, 2022
- 08:46
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Lukoyl Abşeron Eksploreyşn Limited" şirkətinin yerli nümayəndəliyini dövlət qeydiyyatına alıb.
“Report” nazirliyə istinadən xəbər verir ki, nümayəndəlik Rusiyanın "Lukoyl" şirkətinin yerli törəməsi - “Lukoyl-Azərbaycan” QSC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, 13-də qeydiyyatdan keçib.
Onun qanuni təmsilçisi isə Elnur Vaqif oğlu Qurbanovdur.
Xatırladaq ki, "Lukoil" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron Yarımadasının Dayazsulu Hissəsi geoloji-kəşfiyyat layihə"sindən pay almaq niyyətindədir. Bu məqsədlə Böyük Britaniyanın bp şirkətinin 50%-lik payının 25%-lik hissəsinin əldə edilməsi artıq razılaşdırılıb.
Son xəbərlər
14:36
"Real" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində 9,2 milyon avro itirib
Futbol14:35
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 %-dən çox artıb
Maliyyə14:18
Foto
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Elm və təhsil14:14
Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb
Digər ölkələr14:00
Ötən gün Azərbaycanda 56 cinayətin üstü açılıb
Hadisə13:44
"Paris" klubu Çiro İmmobileni transfer etməyə yaxındır
Futbol13:43
Azərbaycan manatının dövretmə sürəti azalıb
Maliyyə13:36
Türkiyənin Şırnak bölgəsində mikroavtobus aşıb, ölənlər və yaralananlar var
Region13:28