Yuxarı

Londonda Beynəlxalq Neft Həftəsi keçirilir

Tədbir çərçivəsində MDB ölkələrinin net-qaz sektoru ilə bağlı konfrans keçiriləcək

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Londonda Enerji İnstitutunun (Böyük Britaniya) təşkilatçılığı ilə Beynəlxalq Neft Həftəsi işə başlayıb. "Report" xəbər verir ki, tədbir fevralın 11-də başa çatacaq.

Hər il təşkil olunan tədbirə 50-dən çox ölkənin nümayəndələri qatılıb. Üç gün müddətində keçiləcək konfrans, dəyirmi masa və fasilələrdə çağırışlar və imkanlar, enerji bazarında tələb-təklif, qiymət dəyişikliyi, hasilatda yeni texnologiyalardan istifadə, maliyyə və insan kapitalı məsələləri müzakirə olunacaq.

Tədbir çərçivəsində MDB və Afrika ölkələrinin neft-qaz sektoru, enerji balansında təbii qazın rolu ilə bağlı konfranslar keçiriləcək.

Eyni zamanda, Yaxın Şərqin iqtisadi inkişaf strategiyası, İraq və İran üçün imkanlar, Çinin enerji tələbatı, Latın Amerikasının qaz ehtiyatlarının artım potensialı və s. mövzular dəyirmi masalarda müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi