Londonda Beynəlxalq Neft həftəsi başlayıb - VİDEO

Londonda Beynəlxalq Neft həftəsi başlayıb - VİDEO London. 26 fevral. REPORT.AZ/ İngiltərənin paytaxtı Londonda ənənəvi Beynəlxalq Neft Həftəsi başlayıb.
Energetika
26 Fevral , 2019 15:11
Londonda Beynəlxalq Neft həftəsi başlayıb - VİDEO

London. 26 fevral. REPORT.AZ/ İngiltərənin paytaxtı Londonda ənənəvi Beynəlxalq Neft Həftəsi başlayıb.

“Report”un verdiyi xəbərə görə, neft həftəsinin açılışında neft və qaz sənayesi üçün gələcəyin müəyyənləşdirilməsi mövzusu müzakirə olunub. Müzakirə çərçivəsində gələcək nəsillər üçün neft və qaz sektorunun ifadə edəcəyi məna, yeni enerji sistemində qazın yerləşdirilməsinin yaxşılaşdırılması kimi məsələlər müzakirə olunub.

Neft həftəsi çərçivəsində “Dəyişən dünyada yeni enerji erası”, “İqlim dəyişikliyinə qarşı mübarizə üçün atılmalı addımlar”, “Rusiyanın beynəlxalq neft və qaz sektorunda rolu”, “Xəzər dənizi regionunda neft və qaz istehsalının artımı”, “Orta Şərqdə enerji sammiti” mövzusunda konfranslar və seminarlar keçiriləcək. Neft həftəsi 26-28 fevral tarixləri arasında davam edəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) marketinq və sərmayələr üzrə vitse-prezidenti Elşad Nəsirov, eyni zamanda SOCAR-ın Ticarət qolu - "SOCAR Trading"in nümayəndələri Beynəlxalq Neft Həftəsində iştirak edirlər. Beynəlxalq neft həftəsi dünyanın müxtəlif ölkələrindən neft, qaz və enerji sektorunu təmsil edən nümayəndələrin iştirak etdiyi beynəlxalq forumdur. 

Aytən Abbaslı

Son xəbərlər

Orphus sistemi