Liviya neft hasilatının dondurulması üçün şərtlərini açıqlayıb

Liviya neft hasilatının dondurulması üçün şərtlərini açıqlayıb Bu ölkədə hasilat sürətlə artır
Energetika
21 Sentyabr , 2016 17:41
Liviya neft hasilatının dondurulması üçün şərtlərini açıqlayıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Liviya neft hasilatının dondurulması imkanlarını ancaq ölkədə sabitlik bərpa olunduqdan və hasilat OPEC kvotası səviyyəsinə yüksəldikdən sonra nəzərdən keçirə bilər. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə açıqlamanı Liviyanın OPEC-dəki rəsmi nümayəndəsi Məhəmməd Aun verib.

O, qeyd edib ki, ölkəsi böyük ehtimalla hasilatın dondurulmasına razı olacaq, amma bu, dərhal baş verməyəcək. "Biz hasilatı kvota səviyyəsinə çatdırdıqdan sonra dondurulma fikrinə qarşı deyilik". 

M.Aun Liviyanın Beynəlxalq Energetika forumu çərçivəsində sentyabrın 28-də Əlcəzairdə baş tutacaq neft hasilatçısı ölkələrin qeyri-formal sammitində iştirak edəcəyini bildirib. Onun sözlərinə görə, Liviya sammitdə milli anlaşma hökümətinin sədr müavini Musa əl-Kuni ilə təmsil olunacaq.

Xatırladaq ki, Liviya bundan əvvəl neft hasilatçısı ölkələrinin Doha sammitində iştirak etməyib. O zaman buna səbəb kimi hakimiyyətin ölkəyə tam nəzarət edə bilməməsi və Milli neft şirkətində yaranmış anlaşılmazlıqlar göstərilib. Liviyada vəziyyətin bu ilin iyul ayında sabitləşdiyi, bundan sonra ölkənin neft hasilatını sürətlə artırdığı bildirilir. 

Son xəbərlər

Orphus sistemi