Liviya bütün neft yataqları və limanlarının fəaliyyətini bərpa edir

Liviya bütün neft yataqları və limanlarının fəaliyyətini bərpa edir Liviya Milli Neft Korporasiyası (MNK) “El Fil” yatağındakı fors-major vəziyyətinin ləğv edilməsindən sonra ölkədəki bütün neft yataqları və limanlarının fəaliyyətini bərpa edildiyini açıqlayıb.
Energetika
1295
26 Oktyabr , 2020 13:51
Liviya bütün neft yataqları və limanlarının fəaliyyətini bərpa edir

Liviya Milli Neft Korporasiyası (MNK) “El Fil” yatağındakı fors-major vəziyyətinin ləğv edilməsindən sonra ölkədəki bütün neft yataqları və limanlarının fəaliyyətini bərpa edildiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə şirkətin feysbukda yayımlanan açıqlamasında bildirilib.

Açıqlamaya görə, qarşıdakı bir neçə gün ərzində tədricən normal istehsal səviyyələrini bərpa etmək perspektivi ilə artıq “El Fil” yatağında hasilatın bərpa edilməsinə göstəriş verilib.

Xatırladaq ki, cümə günü MNK Ras Lanuf və Es-Sidra limanlarında fors-major rejiminin ləğv olunduğunu və ixracatın bərpa edilməsinə hazırlandığını bəyan edib. Daha əvvəl, oktyabr ayında ölkənin ən böyük neft yatağı “Şarara”dan fors-major rejimi ləğv edilib.

Şirkət cümə günü həmçinin neft hasilatını qarşıdakı iki həftədə gündəlik 800 min barelə, dörd həftədə isə 1 milyon barelə çatdırmağı planlaşdırdığını açıqlayıb.

Əlavə edək ki, Liviyada gedən hərbi əməliyyatlar fonunda yanvar ayında ölkənin əksər neft sahələri və limanları bağlanmışdı. O zaman ölkənin beş əsas ixrac limanından - Ras Lanufa, Es-Sidra, Marsa-el-Breqa, Əl-Hariqi və Əz-Zuveytinadan neftin daşınması dayandırılmışdı.

Liviya Mərkəzi Bankının rəhbəri Sadiq əl-Kəbir daha əvvəl 2013-cü ildən 2020-ci ilədək ölkədə neft hasilatının və ölkədən ixracın vaxtaşırı dayandırılması səbəbilə büdcəyə 180 milyard ABŞ dollarını aşan həcmdə zərər dəydiyini söyləyib.

Son xəbərlər

Orphus sistemi