Liviya Azərbaycandan sürtkü yağları almağa başlayıb

Energetika
  • 13 yanvar, 2022
  • 08:22
Liviya Azərbaycandan sürtkü yağları almağa başlayıb

Ötən ilin 11 ayı ərzində Azərbaycan xaricə 22,846 milyon ABŞ dolları dəyərində 26 min 223,35 ton sürtkü yağları satıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq – 76,2 % çoxdur.

Hesabat dövründə Türkiyəyə 10,859 milyon ABŞ dolları dəyərində 13 min 276,48 ton, Ukraynaya 6,801 milyon ABŞ dolları dəyərində 8 min 291,15 ton, Livana 990,53 min ABŞ dolları dəyərində 598,25 ton, İraqa 899,45 min ABŞ dolları dəyərində 722,71 ton, Moldovaya 672,48 min ABŞ dolları dəyərində 519,16 ton bu cür yanacaq tədarük edilib.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə ixrac müvafiq olaraq 2,5 dəfə və 61,76 %, Ukraynaya – 5,9 dəfə və 2,3 dəfə, Livana – 76,1 % və 38,34 %, Moldovaya - 82,1 % və 23,36 % artıb, İraqa – 27,8 % və 28,8 % azalıb. Azərbaycan ötən il ilk dəfə olaraq Liviyaya sürtkü yağları satmağa başlayıb.