Yuxarı

​Lerik rayonunda su təchizatı layihəsi başa çatdırılıb

Mərasimdə MQF prezidentinin müşaviri, JTI şirkətinin nümayəndələri və Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini iştirak edib

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Milli QHT Forumu (MQF) tərəfindən "Japan Tobacco International"(JTI) şirkətinin Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə Lerik rayonunda icra edilən su təchizatı layihəsinin açılış mərasimi olub. 

“Report” şirkət nümayəndəliyinin məlumatına əsasən xəbər verir ki, layihənin məqsədi Lerik rayonunun 2000 nəfər əhalisi olan Cəngəmiran kənd sakinlərini içməli su ilə təmin etmək üçün subartezian quyusunun qazılması və subartezian sisteminin müvafiq qaydada quraşdırılması olub.

Açılış mərasimində Forumun prezidentinin müşaviri Günel İbrahim, JTI şirkətinin nümayəndələri və Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov iştirak edib.

Qeyd edək ki, bu layihə MQF tərəfindən JTI-nin maliyyə dəstəyi ilə həyata keçirilən ikinci layihədir. 2014-cü ilin aprel ayında Kürdəmir rayonunun Qarasaqqal kəndində də su təchizatı layihəsi uğurla başa çatıb, kəndin 1800-ə yaxın əhalisi içməli su ilə təmin edilib. JTI bu il Azərbaycanın içməli suya tələbatın olduğu daha bir bölgəsində belə layihə icra etməyi planlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi