Yuxarı
    Bağlamaq

    ​Lənkəranın daha bir kəndinə qaz verilib

    Rəmzi məşəl alovlandırılıb

    Bakı. 10 dekabr. REPORT.AZ/ Lənkəranın Haftoni inzibati ərazi dairəsi Talışlı kəndinə təbii qazın verilməsi münasibətlə təntənəli açılış mərasimi keçirilib.

    "Report" xəbər verir ki, mərasimi giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının Haftoni inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zahid Əzimov əlamətdar hadisə münasibətilə bütün kənd sakinləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq edib.

    Lənkəran Regional Qaz-İstismar İdarəsinin rəisi Elçin Məmmədov Talışlı kənd sakinlərini təbrik edib, onlara mavi yanacaqdan səmərəli istifadə və təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edib.

    Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov təbrik nitqində deyib ki, bu gün Talışlı kənd sakinlərinin həyatında ən xoş, əlamətdar günlərdən biridir: "Uzun illər həsrətində olduğunuz "mavi yanacağ"ın kəndinizə verilməsi və xüsusilə bu hadisənin payız-qış mövsümünə təsadüf etməsi hər bir sakinin sevincinə səbəb olmuşdur". İcra başçısı ümidvar olduğunu bildirib ki, təbii qazın kəndə verilməsi hər bir sakinin rahatlığına xidmət edəcək: "Qoy, "mavi yanacaq" evlərə hərarət, istilik, xeyir-bərəkət gətirsin".

    Sonda rəmzi məşəl alovlandırılıb.

    Qeyd edək ki, Talışlı kəndində 158 abonent "mavi yanacaq"dan istifadə edəcək. Bu məqsədlə 158 mexaniki sayğac və qaztənzimləyici quraşdırılıb, evlərə 8090 p/m boru çəkilib.

    Talışlı Lənkəranın qazlaşdırılan sayca 64-cü kəndidir (ümumi abonentlərin 85%-i).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi