Yuxarı

​Lay sularının uducu quyulara vurulması üçün yeni texnoloji xətlər çəkilir

Bu günə kimi 300 kubmetrdən artıq neft-su qarışığı emal üçün daşınıb

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi tərəfindən neft tullantıları ilə çirklənmiş torpaqların təmizlənməsi, şlamların emalı və zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir.

"Report" SOCAR-a istinadən xəbər verir ki, N.Nərimanov adına NQÇİ-də neft yığım çənlərindən Ə.C.Əmirov adına NQÇİ-nin uducu quyularına yeni texnoloji xətlərin çəkilməsi başa çatmaq üzrədir. Texnoloji xətlər vasitəsilə lay suları neftin sudan ayrılması prosesi başa çatdıqdan sonra nasoslarla həmin uducu quyulara vurulacaq. Yeni çəkilən texnoloji xətlər vasitəsilə lay sularının ətraf mühitə ziyan vurmasının qarşısı alınacaq.

H.Z.Tağıyev adına NQÇİ-də də ətraf mühitin qorunması istiqamətində mühüm tədbirlər görülür. NQÇİ-nin köhnə mədən ərazilərində, vaxtilə neftyığma anbarı kimi istifadə olunmuş anbarlarda saxlanılan neft qalıqlarının (şlamların) təmizlənməsi prosesi həyata keçirilir. Neft-su qarışığı olan qalıqlar emal üçün neft çənlərinə daşınır. Qalıqlar daşındıqdan sonra abadlaşdırma işləri həyata keçiriləcək və ərazi ekoloji təmiz sahəyə çevriləcək. Qeyd edək ki, bu günə kimi 300 kubmetrdən artıq neft-su qarışığı emal üçün daşınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi