Kürdəmirdə qazlaşdırma səviyyəsi 100%-ə çatdırılıb

Kürdəmirdə qazlaşdırma səviyyəsi 100%-ə çatdırılıb “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bu günlərdə dövlət sifarişi ilə qazlaşdırılması həyata keçirilən yaşayış məntəqələrinin bir neçəsində qaz açılışları təmin olunub.
Energetika
291
19 Sentyabr , 2020 12:02
Kürdəmirdə qazlaşdırma səviyyəsi 100%-ə çatdırılıb

“Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bu günlərdə dövlət sifarişi ilə qazlaşdırılması həyata keçirilən yaşayış məntəqələrinin bir neçəsində qaz açılışları təmin olunub.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, Kürdəmir rayonunun Qarabucaq və Qurdbayramlı kəndlərinə qaz çəkilişi tamamlanıb. Bununla da Kürdəmir rayonunda qazlaşdırılma səviyyəsi 100%-ə çatdırılıb. 89 abonenti olan Qarabucaq kəndində qazlaşdırma işlərinin həyata keçirilməsi üçün birpilləli sistem əsasında müxtəlif diametrli 9 778 metr uzunluğunda polad boru və 5 142 metr uzunluğunda polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 18 abonenti olan Qurdbayramlı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında müxtəlif diametrli 2 877 metr uzunluğunda polad boru və 8 409 metr uzunluğunda polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.

Mürəkkəb relyefə malik ərazidə yerləşən Şamaxı rayonunun Sis kəndinin də qazlaşdırılması başa çatdırılıb. 81 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 11 228 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Bütün dünyada hökm sürən koronavirus (COVID-19) pandemiyası səbəbi ilə qazlaşdırma işləri yekunlaşan kəndlərdə kütləvi açılış mərasimləri təşkil olunmayıb.

Son xəbərlər

Orphus sistemi