Yuxarı

Kürdəmir və Tərtər rayonlarının daha 3 kəndinə təbii qaz verilib

Daha 868 abonent qazla təmin olunub

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Kürdəmir və Tərtər rayonlarının daha 3 kəndinə təbii qaz verilib. 

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kürdəmir rayonunda keçirilmiş tədbirdə bildirilib ki, rayonun ümumilikdə 177 abonenti olan Mehdili və Qoçulu kəndlərinin ilk dəfə qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 30 046 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tərtər rayonunun Bəyimsarov kəndinə təbii qazın verilişinin bərpası münasibətilə keçirilmiş tədbirdə isə qeyd olunub ki, 691 abonenti olan kəndin yenidən qazlaşdırılması zamanı 20 969 metrlik polietilen və metal borulardan istifadə olunub, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi