Kür çökəkliyində yerləşən yataqlarda hasilat bir ildə 6 %-dək artıb

Energetika
  • 13 iyun, 2022
  • 10:21
Kür çökəkliyində yerləşən yataqlarda hasilat bir ildə 6 %-dək artıb

2021-ci il ərzində “Kürsəngi-Qarabağlı” yataqlar blokundan 0,95 milyon barel neft hasil edilib.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”ində bildirilib

Hesabata əsasən, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,05 milyon barel və ya 5,55 % çoxdur.

Belə ki, ötən il bu yataqdan 0,98 milyon barel neftin hasil edilməsi proqnozlaşdırılırdı ki, bu da faktiki göstəricidən 0,03 milyon barel və ya 3,06 % çoxdur.

Qeyd edək ki, Azərbaycanın quru ərazisinin Kür çökəkliyində yerləşən "Kürsəngi" və "Qarabağlı" yataqları müvafiq olaraq 1962-ci və 1960-ci illərdən istismar edilməyə başlayıb. "Azərbaycan Respublikasında "Kürsəngi" və "Qarabağlı" neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş 15 dekabr 1998-ci il tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Frontera Resorses" və "Delta/Hess" Ltd. şirkətləri arasında imzalanıb, 22 aprel 1999-cu il tarixində qüvvəyə minib. "Kürsəngi" və "Qarabağlı" neft yataqlarında işləri həyata keçirmək üçün "Salyan Oil" Ltd. əməliyyat şirkəti yaradılıb. 2002-ci ilin mart ayından "Frontera Resorses" və "Delta/Hess" Ltd. şirkətlərinin saziş paylarını Çin Milli Neft Korporasiyası (CNODC) alıb. Saziş sahəsi 450 km2-dır.

İşlənmə dövründə yataqlarda 808 quyu qazılıb ki, bunlardan 494 quyu "Kürsəngi", 314 quyu "Qarabağlı" yataqlarında yerləşir.

Son xəbərlər

Bütün Xəbər Lenti