Yuxarı

Kulevi terminalından indiyədək 20 mln. ton neft və qaz məhsulları daşınıb

Terminaldan daşınan həmclərin artırılması istiqamətində işlər davam etdirilir

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kulevi terminalı (Qara dəniz, Gürcüstan) vasitəsilə 2008-ci ildən indiyədək 20 mln. ton neft və qaz məhsulları qəbul edilib və göndərilib. Bu barədə "Report" Kulevi neft terminalının veb-saytına istinadən xəbər verir.

"Kulevi neft terminalı beynəlxalq təhlükəsizlik standartlarına cavab verən ən effektli əməliyyatlar aparır və bütün müştərilərin ehtiyaclarını təmin edir. Terminaldan daşınan həmclərin artırılması istiqamətində işlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci ilin mayında istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. Terminalın ötürmə gücü illik 10 mln. ton neft və neft məhsulları təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi