Kulevi terminalında yeni saxlama sahəsində tikinti işləri başa çatır

Kulevi terminalında yeni saxlama sahəsində tikinti işləri başa çatır Yeni saxlama sahəsində anti-korroziya işləri aparılır
Energetika
5 İyul , 2016 14:30
Kulevi terminalında yeni saxlama sahəsində tikinti işləri başa çatır

Bakı. 5 iyul. REPORT. AZ/ Kulevi terminalında (Qara dəniz, Gürcüstan) yeni, 5 nömrəli saxlama sahəsində tikinti işləri başa çatdırılır. "Report" terminalın saytına istinadən xəbər verir ki, yeni saxlama sahəsində anti-korroziya işləri aparılır.

Antikorroziya tədbirlərində müasir metodlardan və xüsusi boya məhsullarından istifadə olunur. Çənlərin daxili səthi ST3 (ISO:8501-1) standartına uyğun olaraq hazırlanıb. Çənlərin xarici səthlərində isə çoxörtüklü sistemdən istifadə olunub.

Layihə ümumi həcmi 60 min kubmetr olan 6 saxlama çəninin tikintisini nəzərdə tutub. Layihəyə, həmçinin 26 sisternin eyni vaxtda doldurulmasına və boşaldılmasına imkan verən ikitərəfli dəmiryolu estadakası daxildir. Çənlər müxtəlif neft məhsulları üçün istifadə olunacaq.

Təsisatın neft və neft məhsulları üzrə illik dövriyyəsi 1,5 mln. ton həcmində qiymətləndirilir.

Qeyd edək ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci il mayın 16-da istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi