Yuxarı
    Bağlamaq

    Kulevi limanı 2100-cü tankeri qəbul edib

    Bu barədə terminal məlumat yayıb

    Bakı. 22 may. REPORT.AZ/ Kulevi limanında (Qara dəniz, Gürcüstan) 2 100-cü tanker qəbul edilib, yüklənib və yola salınıb.

    “Report” bu barədə Kulevi “Black Sea” Terminalına istinadən xəbər verir.

    Qeyd edilib ki, Kulevi neft terminalı və limanında əməliyyatlar 2008-ci il mayın 16-da başlanıb və bir aydan da az müddət sonra ilk tanker qəbul edilib: “Doqquz il ərzində uğurlu əməliyyat göstərən Kulevi limanı ümumi infrastrukturunu elə səviyyədə təkmilləşdirib ki, istənilən şirkətin ehtiyacını ödəyə bilir. Bu, nəzərəçarpan inkişafdır. Limanın tutumu artırılıb, eyni zamanda qəbuletmə, yüklənmə və yolasalma əməliyyatlarının payı artıb”.

    Xatırladaq ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci il mayın 16-da istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi