Yuxarı

Kristin Laqard: "Neftin qiyməti yuxumu qaçırdıb"

Nigeriya, Azərbaycan və Venesuela oxşar problemlərlə üzləşib

Bakı. 3 fevral. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard (Christine Lagarde) neft qiymətlərindəki azalmanın hasilatçı ölkələrin əksəriyyətinin iqtisadiyyatını təhdid etdiyini bildirib. "Report"un BVF-yə istinadən verdiyi xəbərə görə, təşkilat tərəfindən neft hasilatçısı ölkələrin iqtisadiyyatı barədə xəbərdarlıq edilib. BVF-nin rəhbəri "neft qiymətləri yuxumu qaçırdıb" deyib.

Fond rəhbəri Nigeriyanın ixracının 90%-i və milli gəlirinin 60%-nin neft gəlirlərindən ibarət olduğunu qeyd edib. O, həmçinin  Azərbaycan və Venesuelanın da bənzər problemlə üzləşdiyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi