Kremençuq zavodu ötən ay 43 min tondan çox Azərbaycan nefti alıb

Kremençuq zavodu ötən ay 43 min tondan çox Azərbaycan nefti alıb Bu barədə “Ukrtransnafta” məlumat yayıb
Energetika
10 Aprel , 2017 17:59
Kremençuq zavodu ötən ay 43 min tondan çox Azərbaycan nefti alıb

Bakı. 10 aprel. REPORT.AZ/ Ukraynanın Kremençuq Neft Emalı Zavodu (NEZ) bu ilin mart ayında 43,32 min ton “AzeriLight” markalı neft alıb.

“Report” xəbər verir ki, bu barədə “Ukrtransnafta” məlumat yayıb.

Qeyd edək ki, “Ukrtatnafta” ASC (Kremençuq Neft Emalı Zavodunun operatoru) martın 10-da “Ukrtransnafta” şirkətinin boru kəməri sistemindən Azərbaycan neftinin ilk partiyasını qəbul edib.

Bu ildən başlayaraq 3 il müddətində Kremençuq zavoduna ildə 1,3 mln. ton Azərbaycan neftinin nəqli nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi