Koronavirusla bağlı risklərin azalması fonunda neft qiymətləri artır

Koronavirusla bağlı risklərin azalması fonunda neft qiymətləri artır Analitiklər neft bazarının perspektivlərini ümumi olaraq müsbət qiymətləndirirlər
Energetika
24 Avqust , 2021 10:56
Koronavirusla bağlı risklərin azalması fonunda neft qiymətləri artır

Pandemiyadan sonra dünya iqtisadiyyatı perspektivləri ilə bağlı narahatlıqların azalması neft qiymətlərinin artmasına səbəb olub.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09.14-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçersləri 0,34 % bahalaşaraq, 1 bareli 68,6 ABŞ dollarına, oktyabr fyuçerslərinin qiyməti isə 0,29 % qalxaraq, 1 bareli 68,94 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti 0,21 % bahalaşaraq, 1 bareli 65,78 ABŞ dolları təşkil edib.

COVID-19 virusunun yayılma templərinin azalması ilə əlaqədar olaraq neft bazarında müsbət əhval-ruhiyyə müşahidə olunur. Mətbuatın məlumatına görə, dünyanın ən böyük neft idxalçısı olan Çində dünən “delta” ştamına bir yoluxma halı belə qeydə alınmayıb.

Analitiklər neft bazarının perspektivlərini ümumi olaraq müsbət qiymətləndirirlər.

Son xəbərlər

Orphus sistemi