Kolin Allan: “Cəbrayılda günəş stansiyası BP-nin aşağı karbonlu enerji strategiyasına uyğundur”

Kolin Allan: “Cəbrayılda günəş stansiyası BP-nin aşağı karbonlu enerji strategiyasına uyğundur” “Böyük Britaniyanın BP şirkəti tərəfindən işğaldan azad edilmiş ərazilərdə - Cəbrayılda inşa ediləcək günəş elektrik stansiyasının tikintisi şirkətin Abşerondakı müəssisələrini elektrik enerjisi ilə təmin edəcək”.
Energetika
2 Noyabr , 2022 14:32
 Kolin Allan: “Cəbrayılda günəş stansiyası BP-nin aşağı karbonlu enerji strategiyasına uyğundur”

“Böyük Britaniyanın BP şirkəti tərəfindən işğaldan azad edilmiş ərazilərdə - Cəbrayılda inşa ediləcək günəş elektrik stansiyasının tikintisi şirkətin Abşerondakı müəssisələrini elektrik enerjisi ilə təmin edəcək”.

“Report” xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda maliyyə məsələləri üzrə vitse-prezident Kolin Allan BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl transformasiya” adlı konfransda deyib.

Onun sözlərinə görə, bu, “yaşıl keçid”ə ciddi töhfə verəcək: “Beləliklə, bunun sayəsində şirkətin qurğularında tullantıların səviyyəsini 11 % azaltmaq mümkün olacaq”.

K.Allan əlavə edib ki, aşağı karbonlu enerjiyə və müvafiq olaraq neft və təbii qaz hasilatının azaldılmasını nəzərdə tutan dayanıqlı karbohidrogenlərə keçid BP-nin strateji məqsədlərindən biridir: “Bizim Azərbaycanda neft və təbii qaz hasilatı ilə bağlı iki böyük dəniz layihəmiz var. Burada ən vacib məsələ onları necə “yaşıl” etməkdir”.

Vitse-prezident bildirib ki, digər mühüm məsələ “yaşıl gələcəyə” və alternativ enerjiyə investisiyaların cəlb edilməsidir.

O vurğulayıb ki, neft və təbii qaz prioritetləri dəyişir və Azərbaycanın bunlara əməl etmək üçün bütün imkanları var.

Son xəbərlər

Orphus sistemi