Yuxarı

Daha bir kəndə təbii qaz verilib

252 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb

Bakı. 27 iyul. REPORT.AZ/ Saatlı rayonunun Yeni Novruzlu kəndinə təbii qazın verilişi bərpa edilib. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

252 abonenti olan Yeni Novruzlu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 800 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 252 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi