“KazTransOil” Çinə tranzitlə 2,5 milyon tondan çox Rusiya nefti göndərib

“KazTransOil” Çinə tranzitlə 2,5 milyon tondan çox Rusiya nefti göndərib Bu ilin birinci rübündə Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan “Kaztransoil” şirkəti Atasu-Alaşankou magistral neft kəməri ilə 2,507 milyon ton Rusiya neftini Çinə tranzit edib.
Energetika
9 Aprel , 2024 12:10
“KazTransOil” Çinə tranzitlə 2,5 milyon tondan çox Rusiya nefti göndərib

Bu ilin birinci rübündə Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan “KazTransOil” şirkəti Atasu-Alaşankou magistral neft kəməri ilə 2,507 milyon ton Rusiya neftini Çinə tranzit edib.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Qeyd edilib ki, 2023-cü ildə Rusiya neftinin Qazaxıstandan Çinə tranzitinin həcmi 9,989 milyon ton təşkil edib.

2014-2023-cü illərdə “KazTransOil” Çinə 91 milyon ton Rusiya neftinin tranzitini təmin edib.

Xatırladaq ki, “KazTransOil” Qazaxıstanla Rusiya arasında 2013-cü il dekabrın 24-də imzalanmış müqaviləsi əsasında 2014-cü ildən Rusiya neftini Qazaxıstan ərazisindən keçməklə Çinə tranzit edir.

Son xəbərlər

Orphus sistemi