“KazMunayQaz” və “AbuDhabi Ports” Xəzərdə birgə müəssisə yaradır

“KazMunayQaz” və “AbuDhabi Ports” Xəzərdə birgə müəssisə yaradır “KazMunayQaz” və “Abu Dhabi Ports Company” arasında Xəzər və Qara dənizlərdə dəniz donanmasının və sahil infrastrukturunun inkişafı sahəsində əməkdaşlığı nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalanıb.
Energetika
17 Yanvar , 2023 11:09
“KazMunayQaz” və “AbuDhabi Ports” Xəzərdə birgə müəssisə yaradır

“KazMunayQaz” və “Abu Dhabi Ports Company” arasında Xəzər və Qara dənizlərdə dəniz donanmasının və sahil infrastrukturunun inkişafı sahəsində əməkdaşlığı nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalanıb.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

Bu sənəd Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı imzalanıb.

Strateji tərəfdaşlıq sazişi əsasən, tərəflər Xəzər dənizində neft-qaz layihələri üçün dəniz xidmətlərinin göstərilməsi üçün Astana Beynəlxalq Maliyyə Mərkəzinin bazasında birgə müəssisə yaradacaq. Üstəlik, onlar birgə müəssisədə “Kazmortransflot” və “International Maritime Investments Ltd” törəmə müəssisələri vasitəsilə iştirak etmək niyyətindədirlər.

Müqaviləyə əsasən, tərəflər Qazaxıstan neftinin ixracı üçün alternativ marşrutların inkişafı nəzərə alınmaqla Xəzərdə dəniz layihələrinin dəstəklənməsi üçün donanma (müxtəlif tipli kiçik gəmilər), habelə tanker donanması yaradacaqlar (Aktau limanı vasitəsilə Azərbaycan istiqamətində).

Son xəbərlər

Orphus sistemi