“KazMunayQaz” neft hasilatını 10 % artırıb
- 23 avqust, 2023
- 09:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Qazaxıstanın “KazMunayQaz” milli neft-qaz şirkəti 11 milyon 860 min ton xam neft və qaz kondensatı hasil edib.
“Report”un məlumatına görə, bu barədə “KazMunayQaz” şirkətinin 2023-cü ilin 6 ayının istehsalat nəticələri ilə bağlı açıqladığı hesabatda deyilir.
Bildirilib ki, bu, 2022-ci ilineyni dövrü ilə müqayisədə 10,1 % çoxdur.
Hesabat dövründə şirkət tərəfindən 4 milyard 789 milyon kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin ilk 6 ayının göstəriciləri ilə müqayisədə 16,5 % çoxdur.
Bu ilin yanvar-iyun aylarında tranzit neft də daxil olmaqla 39 milyon 309 min ton neft nəql edilib. Bu, 2022-ci ilin ilk 6 ayı ilə müqayisədə 5,8 % çoxdur.
Bu müddət ərzində Qazaxıstan və Rumıniyanın neft emalı zavodlarında emal edilmiş neftin həcmi isə 4 % artaraq 10 milyon 109 min ton təşkil edib.
Xatırladaq ki, “KazMunayQaz” (KMG) Qazaxıstanın aparıcı şaquli inteqrasiya olunmuş neft-qaz şirkətidir. KMG karbohidrogenlərin kəşfiyyatı və hasilatından tutmuş daşınmasına, emalına və xüsusi xidmətlərin göstərilməsinə qədər bütün hasilat dövrü ərzində aktivləri idarə edir. 2002-ci ildə yaradılan şirkət Qazaxıstanın ölkənin neft-qaz sənayesində maraqlarını təmsil edir.