“KazMunayQaz”: Aralıq dəniz akvatoriyasına tədarük Azərbaycan nefti hesabına artıb

“KazMunayQaz”: Aralıq dəniz akvatoriyasına tədarük Azərbaycan nefti hesabına artıb 2024-cü ilin birinci rübündə “KazMunayQaz” şirkətinin magistral və dəniz yolu ilə neft nəqlinin həcmi 14,2 % artaraq 21 milyon tondan çox təşkil edib.
Energetika
20 May , 2024 13:54
 “KazMunayQaz”: Aralıq dəniz akvatoriyasına tədarük Azərbaycan nefti hesabına artıb

Bu ilin birinci rübündə Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkətinin magistral və dəniz yolu ilə neft nəqlinin həcmi 14,2 % artaraq 21 milyon tondan çox təşkil edib.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, KMG 2024-cü ilin birinci rübü üçün istehsal nəticələrini açıqlayıb.

“Magistral və dəniz yolu ilə neft nəqlinin ümumi həcmi 14,2 % artaraq 21 milyon 541 min tona çatıb. Magistral boru kəmərləri ilə neft nəqlinin həcmi 7,9 % artaraq 18 milyon 081 min ton təşkil edib. Artım neftin Avropaya ixrac həcminin çoxalması, həmçinin Aktau limanından neft tranzitinin və neft daşımalarının həcminin artması ilə əlaqədar olub”, - məlumatda qeyd olunub.

Bu ilin ilk rübündə dəniz yolu ilə neft nəqlinin ümumi həcmi Aralıq dənizi və Xəzər dənizlərindəki həcmlərin artması sayəsində 65,2 % artaraq 3,46 milyon tona çatıb.

Qeyd olunub ki, Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri ilə nəql edilən Azərbaycan nefti hesabına Aralıq dənizinə daşıma artıb. Xəzər dənizində həcmlərin artması Aktau limanı - Mahaçqala limanı və Aktau limanı - Bakı limanı marşrutları üzrə daşımaların həcminin artması ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi