Yuxarı

​Karbon emissiyalarının azaldılması üzrə layihə həyata keçiriləcək

Layihənin əsas məqsədi SOCAR-ı İqlim Dəyişikliyi Strategiyasını həyata keçirməkdə dəstəkləməkdir

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı" (NAMA) layihəsinin təqdimatı olub. Bu barədə "Report"a BMT-nin Bakı ofisindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, layihənin əsas məqsədi SOCAR-ı onun İqlim Dəyişikliyi Strategiyasını həyata keçirməkdə dəstəkləməkdir. Layihə müddətində təşviqat və istixana qazlarının təsirlərini azaltmaq üçün tədbirlərinin genişləndirilməsi təqdim ediləcək və həyata keçiriləcək.

Beləliklə, pilot sərmayələr ölkədəki enerjini qənaət edən və azkarbonlu texnologiyalara yönləndiriləcək. NAMA layihəsi Dünya Ətraf Mühitin Mühafizəsi Fondu, BMTİP və SOCAR-la birgə maliyyələşdiriləcək və SOCAR-la BMTİP tərəfindən həyata keçiriləcək.

SOCAR prezidenti Rövnəq Abdullayev karbon tullantılarının azaldılması üçün tədbirlərini və bu sahədə belə layihələrin həyata keçirilməsinin vacibliyini xüsusi vurğulayıb. BMTİP-in rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Ercan Murat Azərbaycanın dayanıqlı inkişafına layihənin perspektivli töhfələrini qeyd edib, Fransanın Azərbaycandakı səfiri Aurelia Bunçez BMT-nin İqlim Dəyişikliyi üzrə Paris Konfransı əsnasında görüləcək işləri alqışlayıb.

Qeyd edək ki, layihə aztərkibli karbonun son istehlakı sahələrində xüsusilə binalarda və nəqliyyatda enerji istifadəsinin səmərəliləşdirilməsi üçün mövcud problemləri həlledəcək. Qurudakı neft və qaz yataqlarından çıxan qazlar utilizasiya vasitəsilə yığılaraq meşələrin genişmiqyaslı qırılmasından əziyyət çəkən yaxınlıqdakı yaşayış məskənləri üçün yanacaq mənbəyi kimi istifadə olunacaq. Layihənin Beynəlxalq İqlim Dəyişikliyi Təsirlərinə qaşı Mübarizə Məqsədlərinə uyğun olduğu açıqlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi