Kanadadan ABŞ-a gedən boru kəmərində qəza nəticəsində 795 min litr neft itkiyə gedib

Kanadadan ABŞ-a gedən boru kəmərində qəza nəticəsində 795 min litr neft itkiyə gedib Qəza "TransCanada" şirkətinin "Keystone" boru kəmərində baş verib
Energetika
17 Noyabr , 2017 06:29
Kanadadan ABŞ-a gedən boru kəmərində qəza nəticəsində 795 min litr neft itkiyə gedib

Bakı. 17 noyabr. REPORT.AZ/ "TransCanada" şirkətinin ABŞ-a uzanan "Keystone" boru kəmərində baş verən qəza nəticəsində təqribən 795 min litr neft axaraq itkiyə gedib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı şirkət nümayəndələrinə istinadən CBC telekanalı məlumat yayıb.

Qəza cümə axşamı boru kəmərinin Birləşmiş Ştatların Cənubi Dakota ştatının Marşall dairəsindən keçən hissəsində qeydə alınıb. Hadisənin təfərrüatları məlum deyil.

Neft bu boru kəməri ilə Nebraska, İllinoys, Oklahoma və Texas ştatları ərazisində yerləşən neftemalı zavodlarına nəql olunur.

Son xəbərlər

Orphus sistemi