Yuxarı
    Bağlamaq

    "JPMorgan": Gələn il "Brent" neftinin orta qiyməti ən yaxşı halda 45 dollar/barel olacaq

    Proqnoz: Neft bazarındakı disbalans 2018-ci ildə daha da artacaq

    Bakı. 8 avqust. REPORT.AZ/ "Brent" markalı neftin qiymətinin bir neçə dəfə 53 dollar/barel həddini keçə bilməməsi qiymətlərdə korreksiya riski yaradıb. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bunu ABŞ-ın nüfuzlu "JPMorgan" bankının analitikləri bildiriblər. 

    Analitiklərin fikrincə, neft qiymətlərində "ayı" trendi, yəni aşağı istiqamətdə trend davam edir. Bankın neft qiymətlərinin proqnozuna dair hazırladığı hesabatda qeyd olunub ki, neftin qiymətinin artması üçün heç bir katalizator yoxdur, əksinə, azalması üçün bir çox səbəb var. İlin sonuna qədər neft qiymətlərinin perspektivlərinə gəlincə isə analitiklər qeyd ediblər ki, Liviya və Nigeriyanın hasilatı artırması neft ehtiyatlarında ilin ilk yarısında müşahidə olunan 750 min barel/günlük azalma tempini ilin ikinci yarısında 450 min barel/günə endirəcək. 

    "JPMorgan"ın proqnozuna görə, 2018-ci ildə "Brent" markalı neftin orta qiyməti 45 dollar/barel, WTI markalı neftin isə 42 dollar/barel olacaq. Hətta bankda bu proqnozu çox optimist hesab edirlər. Bank 2018-ci il üçün neft bazarındakı disbalans üzrə proqnozunu 1,1 mln. barel/gündən 1,3 mln. barel/günə çatdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi